Yaxınlarda qumbaraatan mərmilərinin istehsalına başlanacaq

Yaxınlarda qumbaraatan mərmilərinin istehsalına başlanacaq

15 Sentyabr 2014 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan yaxın vaxtlarda 3 növ qumbaraatan mərmisinin istehsalına başlayacaq. Apa-nın məlumatına görə, yeni mərmilər ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) stendində nümayiş etdirilib.

Müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədovun Apa -ya verdiyi məlumata görə, bunlar RPQ-7 əl qumbaraatanları üçün kumulyativ, kumulyativ-tandem və termobarik döyüş sursatlarıdır.

"Yaxın vaxtlarda hər üç növ döyüş sursatının seriyalı istehsalına başlayacağıq. Artıq bunun üçün müvafiq istehsal sahəsi yaradılıb", - deyə A. Məmmədov vurğulayıb.

Nazirlik rəsmisi artıq MSN-in Serbiya şirkəti ilə birlikdə barabanlı əl qumbaraatanlarının istehsalına başladığını da qeyd edib.

Qeyd edək ki, 40 mm çaplı qumbaralardan atəş açan barabanlı əl qumbaraatanı MSN stendində əyani şəkildə sərgilənib.

Mediainfo.az