Moskvada azərbaycanlıların çalışdığı iki bazar bağlandı!

Moskvada azərbaycanlıların çalışdığı iki bazar bağlandı!

2 Sentyabr 2014 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Moskvada azərbaycanlıların çalışdığı iki bazar bağlanıb. Bu barədə lent.az-a Rusiyada yaşayan həmyerlilərimiz məlumat veriblər.

Həmin bazarlar "Domodedovo" və "Xlebnikovo"dur. Hər iki bazarın bağlanmasına səbəb kimi anti-sanitariya vəziyyəti göstərilir. Bundan başqa, "Domodevo" bazarında Rusiya hüquq-mühafizə orqanları tərəfindən reydlər keçirilib və nəticədə xeyli sayda qanunsuz miqrant aşkar edilib. Həmin bazarların nə zaman açılacağı bəlli deyil.

Mediainfo.az