
İstehlak mallarının qiymətləri əvvəlki ayla müqayisədə ucuzlaşıb
Bu ilin mayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ay ərzaq məhsullarından düyünün, unun, qarabaşaq yarmasının, toyuq ətinin, təzə balığın, südün, yumurtanın, kərə yağının, şəkər və şəkər tozunun, limonun, portağalın, bananın, armudun, alçanın, çiyələyin, kələmin, göyərtinin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kökün, sarımsağın, soğanın, kartofun qiyməti ucuzlaşıb. Eyni zamanda, ay ərzində ucuzlaşma ilə yanaşı, bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma da müşahidə olunmuşdur. Bu, əsasən manna yarmasının, makaron məmulatının, mal və qoyun ətinin, toyuq budunun, bitki yağlarının, almanın, naringinin, şabalıdın, kələmin, çuğundurun qiymətlərində qeydə alınmışdır.
Qiymətlər o qədər qalxıb düşür ki, camaat ucuz qiymət görəndə fikirləşir, yəqin mal keyfiyyətsizdir.
Tofiq Əliyev
O.M.