Soma faciəsindən zərərçəkənlər üçün 31 min manat vəsait toplanıb
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən may ayının 14-də Türkiyədə Soma kömür mədənində baş vermiş faciədə zərər çəkənlər üçün başladılmış kampaniya çərçivəsində 30 957 manat (39 439 ABŞ dolları) vəsait toplanıb.
Apa-nın AzQAC-ın saytına istinadən verdiyi məlumata görə, toplanmış vəsait Türkiyə Kızılayının hesabına köçürülüb. Kampaniyada bu günədək 80 nəfər iştirak edib. Onların arasında əsas yeri Milli Məclisin deputatları tutub.
AzQAC kampaniyaya qatılan millət vəkillərinin verdiyi yardımları da açıqlayıb. Belə ki, AzQAC sədri, millət vəkili Novruz Aslanov 500 manat, Eldar Quliyev 1000, Ayaz Orucov 1000, Qənirə Paşayeva 1200, Tahir Süleymanov 200, Arif Əşrəfov 200, Nazim Fərəcov 200, Adil Əliyev 780, Eldar İbrahimov 78, Malik Həsənov 1000, Fazil Mustafa 156, Ağacan Abıyev 500, Nəriman Əliyev 1000, Musa Qasımlı 150, Cavanşir Feyziyev 1000, Çingiz Qənizadə 100, Xanhüseyn Kazımlı 500, Əhliman Əmiraslanov 780, Aydın Mirzəzadə 200, Gövhər Baxşəliyeva 200, Elmira Axundova 235, Kamilə Əliyeva 200, Əsabil Qasımov 1000, Madər Musayev 1000, Əhməd Vəliyev 100, Elton Məmmədov 200, Rüfət Quliyev 200, Ziyad Səmədzadə 200, Əli Məsimli 200, İqbal Məmmədov 300, Abel Məhərrəmov 780, Asim Mollazadə 156, Sevinc Hüseynova 200, Məlahət İbrahimqızı 200, Sədaqət Vəliyeva 200 manat yardım edib.
Kampaniyaya qoşulan xalq artisti Nisə Qasımova Soma faciəsindən zərərçəkənlərə 1000, əməkdar artist Mətanət İskəndərli 500 manat ödəyib.
Yardım kampaniyasına ən çox vəsaiti "Avesta" Konserninin sahibi Hacı İbrahim Nehrəmli ödəyib - 3920 manat.
Mediainfo.az