
Aydın Əliyev vətəndaşlarla görüşəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev mayın 30-da saat 11:00-da Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (M.Ə. Rəsulzadə küçəsi 8) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Mediainfo.az
Digər xəbərlər