Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək
Mayın 22-24-də Sankt-Peterburq (Rusiya) şəhərində XVIII Beynəlxalq Peterburq İqtisadi Forumu keçiriləcək.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, tədbirdə müxtəlif ölkələrin 6 mindən çox siyasi və biznes dairələrinin nümayəndələrinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qlobal biznes liderlərinin sammiti, eləcə də "İnkişafın stimullaşdırılması üçün risklərin idarə olunması", "Rusiyanın rəqabət potensialının açıqlanması", "Yeni texnologiyaların idarə olunması və dəyişikliklərə uyğunlaşma" mövzularında panel sessiyalar, dəyirmi masalar, teledebatlar və brifinqlər keçiriləcək.
Forumda Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq.
Qeyd edək ki, 1997-ci ildən başlayaraq keçirilən Beynəlxalq Peterburq İqtisadi Forumu biznes sahəsində dünyanın nüfuzlu tədbirlərindəndir. Hər il 60-dan çox ölkənin dövlət, biznes və elm dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən forumda dünya iqtisadiyyatı, maliyyə sistemi, yeni texnologiyalar, biznes modelləri və s. məsələlər ətrafında müzakirələr aparılır.
Mediainfo.az