Prezident “İmamzadə” kompleksinə 3 milyon manat ayırdı

Prezident “İmamzadə” kompleksinə 3 milyon manat ayırdı

16 May 2014 20:01
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksində abadlıq-quruculuq işlərinin aparılması haqqında sərəncam imzalayıb. Mediainfo.az -ın AzərTAc-a istinadən verdiyi məlumata görə, prezidentin sərəncamı ilə Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin bərpasının tamamlanması ilə əlaqədar abadlıq-quruculuq işlərinin aparılması üçün 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməli, Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri reallaşdırmalıdır.