Sabunçuda “ASAN” işə başladı

Sabunçuda “ASAN” işə başladı

15 May 2014 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

"ASAN-Sabunçu" işə başladı, qeydiyyat məhdudiyyəti ləğv olundu

4 saylı "ASAN xidmət" mərkəzi artıq fəaliyyətə başlayıb. Bu barədə AzVision.az-a xidmət mərkəzindən məlumat verilib. Bildirilib ki, bu mərkəzdə Sabunçu, Pirallahı və Xəzər rayonlarının sakinlərinə xidmət göstəriləcək.

"ASAN xidmət" Mərkəzindən eyni zamanda bildiriblər ki, bugündən etibarən Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırıldı. Paytaxt sakinləri ən yaxın xidmət mərkəzinə müraciət edib, xidmətdən yararlana bilərlər.

Qeyd edək ki, Sabunçu rayonunun ərazisi 244.3 kv.m, əhalisi 01.01.2014-cu il tarixə rəsmi qeydiyyatda 234 min 119 nəfərdir. Rayonun 10 inzibati qəsəbəsi var - Bakıxanov, Sabunçu, Ramana, Balaxanı, Zabrat, Kürdəxanı, Pirşağı, Maştağa, Nardaran, Bilgəh.

Rayonda 4600 ailə olmaqla 20 min 798 nəfər məcburi köçkün və 1635 ailə olmaqla 8318 nəfər qaçqın məskunlaşıb.

Mediainfo.az