Üsyançıları gözləyən böyük təhlükə
Bankların kassaları 2 həftə sonra boşalacaq
Muammər Qəddafi rəhbərliyinə qarşı qalxan müxaliflərə şərq bölgəsindən əhəmiyyətli mesaj gəldi: bir neçə həftə ərzində pul baxımından sıxıntılı günlər yaşana bilər!
Mərkəzi bankın prezidenti Əhməd Əl Şərif, "Bu dəqiqə banklarda demək olar ki, nağd pul yoxdur. Bütün pullar xalqın cibindədir", - deyə açıqladı. O, dövlətin nəzarəti altında olan bölgələrdə işləyənlərə fevral və mart aylarında maaşlarını problemsiz ödədiklərini də qeyd etməyi unutmadı. Ancaq əgər Liviyanın vəziyyəti belə davam etsə və xaricdə dondurulan pullardan istifadə olunmasa, onda fəhlələr apreldə maaşlarını gözləməsinlər. Qeyd edək ki, bölgədə işləyənlərin aylıq maaşları ümumilikdə təxminən 204 milyon dollardır.
Müxalif qüvvələr isə artan xərcləri ödəmək üçün neft ixracatını sürətləndirməyə başlayıblar. Yeddi həftə sonra sifarişçiyə təqdim olunacaq ilk tankerin qiymətinin 126 milyon dollar olduğu bildirilir.
O.M.
Digər xəbərlər