Ziya Məmmədov Qaxda vətəndaşlala görüşəcək

Ziya Məmmədov Qaxda vətəndaşlala görüşəcək

12 May 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat naziri Ziya Məmmədov mayın 16-da Qax şəhərində Balakən, Zaqatala və Qaxda yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi daşıyır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı mayın 14-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaq: Qax "16 saylı Yol İstismarı İdarəsi" (Qax şəhəri, Sabir küçəsi-8) Balakən "51 saylı Yol İstismarı İdarəsi" (Balakən şəhəri, 28 may küçəsi, 12)
Zaqatala "17 saylı Yol İstismarı İdarəsi" (Zaqatala rayonu, Yuxarı Tala kəndi).

Mediainfo.az