
Dərmanları süni bahalaşdıranlara xəbərdarlıq
"Azərbaycanda dərman perparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir". Bunu Baş nazirin müavini Əli Əhmədov Azəbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə Nazirliyinin Nazirlər Kabinetinə təqdim etdiyi təkliflər paketinə münasibət bildirərkən deyib: "Bu, çox aktual məsələdir. Təəssüf ki, Azərbaycanda dərman perparatlarının qiyməti onların həqiqi dəyərindən xeyli yüksəkdir. Bu, bəzi dərman satışı ilə məşğul olanların vəziyyətdən sui-istifadə etməsinin nəticəsidir".
Baş nazirin müavini bəyan edib ki, bu cür neqativ hallar aradan qaldırılmağa çalışılır: "Qeyd olunan sənəd yaxın vaxtlarda təsdiq olunacaq. Amma bu, sadə bir məsələ deyil. Azərbaycanda satılan dərmanlar real qiymətindən baha satılmamalıdır. Bir tərəfdən də Azərbaycanda real bazar qiymətləri də mövcuddur. Azərbaycanda dərman satışı ilə bağlı süni bahalanma hallarının qarşısı alınacaq".
Mediainfo.az