
Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb
Azərbaycanın keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də , 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da olacaq.
Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə qəbul imtahanı isə iyulun 20-də keçiriləcək.
Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də baş tutacaq.
Mediainfo.az
Digər xəbərlər