Vergi ödəyicilərinin qeydiyyatı internetlə aparılacaq

Vergi ödəyicilərinin qeydiyyatı internetlə aparılacaq

3 İyun 2011 13:40
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər nazirinin müavini Sahib Ələkbərov açıqlamasında bildirib ki, nazirlik yaxın vaxtlarda vergi ödəyicilərinin on-layn rejimdə qeydiyyatına başlamaq niyyətindədir: "Hazırda Nazirliyin maddi-texniki bazası və kadr potensialı imkan verir ki, biz bu gündən etibarən bu işə başlayaq. Bununla yanaşı, on-layn qeydiyyatın tətbiqi üçün müvafiq qanunvericilik bazası təkmilləşdirilməlidir. Bununla bağlı təkliflərimiz var. Tələb olunan digər addım elektron imzanın tətbiqi ilə bağlıdır".

Nazir müavininin sözlərinə görə, elektron imzanın işə salınması ilə bağlı bütün tədbirlər görülüb və bu yaxınlarda onun təqdimatı keçirilib: "Güman edirəm ki, bu işlərə də yaxın vaxtlarda başlanacaq".

S.Ələkbərov qeyd edib ki, on-layn rejimdə ilk növbədə fiziki şəxslərin qeydiyyatına başlanacaq, bundan sonra isə, yaxın gələcəkdə kommersiya-hüquqi şəxslərin qeydiyyatı da on-layn rejimində aparılacaq.

Görəsən, bu proqramda rüşvət bölümü olacaqmı?

Tofiq Əliyev

O.M.