Nabran-Xaçmaz zonasına infotur təşkil ediləcək
Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı regionlarda bu sahənin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə mütəmadi şəkildə səfərlər təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədi ilə müxtəlif layihələr həyata keçirilir.
İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Palma" İstirahət
Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı
Xaçmaz rayonuna infotur təşkil ediləcəkdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,
layihənin məqsədi respublikamızın ən gözəl guşələrindən olan Xaçmazın turizm
potensialı ilə daha yaxından tanış olmaqdır.
Bu infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkətləri əməkdaşları və
kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin
iştirakı nəzərdə tutulmuşdur.
Turizm şirkətləri və KİV nümayəndələri iki gün ərzində rayonda fəaliyyət
göstərən mehmanxana və sanatoriyalar, eyni zamanda, mədəni-tarixi abidələrlə və
rayonun təbiəti ilə də tanış olacaqlar.
Azərbaycanı tanıyaq və tanıdaq...
Könül Aypara
O.M.