Sərinləşdirici içkilərin istehsalı və satışının yoxlanılması davam edir

Sərinləşdirici içkilərin istehsalı və satışının yoxlanılması davam edir

1 İyun 2011 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Nizami rayonu, Naxçıvanski küçəsi, 34 A ünvanında İzayət İsmayılova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı "Tərxun" sərinləşdirici içkilərinin, qazlı və saf suların uyğunluq sertifikatı olmadan istehsal edildiyi, həmin məhsulların, "Düşes" sərinləşdirici içkisinin yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğunu müəyyən etmişdir.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qanun pozuntuları ilə əlaqədar "Düşes" və "Tərxun" sərinləşdirici içkilərinin, qazlı və saf suların istehsalının dayandırılması, müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, uyğunluq sertifikatı olmadan buraxılmış 5857,5 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə sahibkar İzayət İsmayılova icrası məcburi göstəriş verilmişdir. Araşdırmalar davam edir.

Bir inci saflığı varsa da suda, artıq "saxlananda" dərd verir, o da.

Tofiq Əliyev

O.M.