Aydın Əliyev Qəbələdə vətəndaşlarla görüşəcək

Aydın Əliyev Qəbələdə vətəndaşlarla görüşəcək

14 Mart 2014 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Qəbələ rayonunda vətəndaşlarla görüşəcək.

DGK-nin Mətbuat Xidmətindən verilən məlumata görə, görüş martın 28-də saat 11:00-da Qəbələ rayon Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 May küçəsi,40) təşkil olunacaq. Qəbul zamanı bölgədə yerləşən rayonların - Qəbələ, Oğuz, İsmayıllı və Ağdaş rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.