Ölkəmizdə yeni neft-kimya konsepsiyası hazırlanır

Ölkəmizdə yeni neft-kimya konsepsiyası hazırlanır

30 May 2011 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yeni neft-kimya konsepsiyası hazırlanır. Bunu jurnalistlərə Sənaye və Energetika Nazirliyi Aparatının rəhbəri Rasim Məmmədov bildirmişdir. Hələ ötən əsrin 50-ci illərində böyük neft-kimya sənayesinin təməli qoyulsa da, 80-90-cı illərdə bu sahə tənəzzülə uğramış, çeşidlər azalmış, keyfiyyət aşağı düşmüşdü. Hazırda bu sahədə yeni konsepsiya hazırlanır, yeni neft-kimya kompleksinin yaradılması istiqamətində işlər gedir.

Qısa müddətdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu sahədə böyük işlərin görüldüyünü diqqətə çatdıran R.Məmmədov bildirmişdir ki, burada əsas məqsəd çeşidlərin artırılması və keyfiyyətin təmin edilməsidir: "Azərbaycanda kifayət qədər xammal vardır. Bir sözlə, neft-kimya sənayesinin inkişafı üçün bütün şərait vardır. Əminəm ki, yaxın gələcəkdə neft-kimya kompleksi güclənəcəkdir".

Deyəsən, qara qızılımız bizi ağ günə çıxaracaq.

Tofiq Əliyev

O.M.