İki sığorta şirkətinin fəaliyyətinə xitam verilib

İki sığorta şirkətinin fəaliyyətinə xitam verilib

6 Mart 2014 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Maliyyə Nazirliyi tərəfindən iki sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb. Apa xəbər verir ki, bu barədə Nazirliyin məlumatında deyilir.

Belə ki, məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş, sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğun olmaması ilə əlaqədar "Günay Sığorta" və "Royal Sığorta" şirkətlərinin sığorta fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi dayandırılıb.