Rusiya da Ukraynaya maliyyə yardımı ayıra bilər
Rusiya Maliyyə Nazirliyi Ukraynaya maliyyə yardımla bağlı variantları nəzərdən keçirir.
Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putinin hökumət üzvləri müşavirəsində maliyyə naziri Anton Siluanov deyib. O bildirib ki, Ukraynada iqtisadi durumun pisləşəcəyi təqdirdə Rusiya bu ölkəyə maliyyə yardımı ayıra bilər.
A.Siluanov əlavə edib ki, rəhbərlik etdiyi qurum Krım Maliyyə Nazirliyi ilə əlaqə yaradıb.
Digər xəbərlər