Olimpiya Stadionunun elektrik təchizatı ilə bağlı xərclər 103 mln. dollar olacaq

Olimpiya Stadionunun elektrik təchizatı ilə bağlı xərclər 103 mln. dollar olacaq

28 Fevral 2014 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda 2015-ci ildə keçiriləcək I Avropa Oyunları üçün hazırda Bakı şəhərində tikilən olimpiya stadionunda elektrik və mexanika işlərini Türkiyənin "Anel Grup" Şirkətlər Qrupu həyata keçirəcək. Apa-nın məlumatına görə, artıq bununla bağlı standionun inşasını aparan "Tekfen İnşaat" şirkəti ilə razılıq əldə olunub.

Razılaşmaya görə, Olimpiya stadionunda bu işlərə ümumilikdə 102,6 mln. dollar vəsait nəzərdə tutulub. Bunun 69,2 mln. dolları elektrik işlərinə, 33,4 mln. dolları isə mexanika işlərinə sərf olunacaq.

"Anel Elektrik" şirkəti ("Anel Grup"un üzvü) İdarə Heyətinin üzvü Bülent Batukan bildirib ki, Bakıda həyata keçirilən layihə 2018-ci ildə Rusiya, 2022-ci ildə isə Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatı üçün beynəlxalq standartlara uyğun stadionların inşasında iştirak edən "Anel Grup" üçün bir örnək olacaq.