Tağı Əhmədov işdən çıxarıldı

Tağı Əhmədov işdən çıxarıldı

27 Fevral 2014 14:31
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılır. Cəmiyyət Bakı Metropolitenin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

Prezidentin digər sərəncamı ilə, Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, Bakı Metropolitenin sədri Tağı Əhmədov idi.