Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

Arzu Rəhimov Gəncədə vətəndaşları qəbul edib

27 Fevral 2014 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bu gün Gəncədə vətəndaşları qəbul edib. Bu barədə Apa-ya Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə Gəncə, Samux, Göygöl, Goranboy, Mingəçevir və Daşkəsən rayonlarından 50-dək sakin iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.

Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan bir neçə müraciət aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.