Xəzər Universitetində elmi-praktiki konfrans

Xəzər Universitetində elmi-praktiki konfrans

27 Fevral 2014 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Xəzər Universitetində "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: erməni uydurmaları və Azərbaycan həqiqətləri" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Apa-nın məlumatına görə, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə veteranlar, böyük vətən müharibəsi iştirakçıları, Xəzər Universitetinin tələbələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev bildirib ki, hər bir Azərbaycan gənci vətənpərvər olmalıdır: "Veteranlar hər zaman öz təcrübələrini gənclərlə bölüşməyə hazırdır. Veteranların vətənpərvərliyi hər bir gənc üçün nümunə olmalıdır. Bu gün Azərbaycan Ordusu müasir texnika və silahlara malikdir".

Daha sonra çıxış edən Veteranlar Şurasının beynəlxalq əlaqələr və xalqlar arasında dostluq komissiyasının sədri, istefada olan polkovnik-leytenant Zahiddin Abbasov Xocalı soyqrımının 22-ci ildönümünün Azərbaycanda və dünyada geniş miqyasda anıldığını qeyd edərək, ermənilərin Xocalıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqına danışıb.

Tədbirdə çıxış edən digər qonaqlar da gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin müharibə şəraitində olan bir ölkə üçün çox mühüm məsələ olduğunu vurğulayıblar.