Fazil Məmmədov Mingəçevirdə vətəndaşları qəbul edib

Fazil Məmmədov Mingəçevirdə vətəndaşları qəbul edib

21 Fevral 2014 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Vergilər naziri Fazil Məmmədov fevralın 21-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Qəbul zamanı nazir Mingəçevir şəhəri, həmçinin Yevlax və Goranboy rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Qəbula gələn vətəndaşların əsas müraciətləri vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı olub. Qəbulda 50-ə yaxın vətəndaş iştirak edib. Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.