Artıq notariuslar «Forma-1» arayışlarını onlayn verəcəklər

Artıq notariuslar «Forma-1» arayışlarını onlayn verəcəklər

19 Fevral 2014 12:40
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən il Azərbaycanda qeydiyyata alınan daşınmaz əmlakın sayı əvvəlki illərlə müqayisədə maksimal həddə çatıb və 180 minə yaxın olub.

Bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

K.Həsənov qeyd edib ki, daşınmaz əmlakla bağlı xidmətlərin daha şəffaf və çevik göstərilməsi məqsədilə yaxın günlərdə Əmlak Məsələləri Dövlət Komitəsi və Ədliyyə Nazirliyi tərəfindən daşınmaz əmlaka dair yüklülük arayışlarının (Forma-1) notariuslar vasitəsilə real vaxt rejimində - onlayn verilməsinə başlanılacaq: "Yeni mexanizmə görə, daşınmaz əmlakla bağlı məlumatları vətəndaşlara əmlak alqı-satqısı zamanı notariat idarələrində Əmlak Məsələləri Dövlət Komitəsinin məlumat bazası vasitəsi ilə birbaşa vermək imkanı yaranacaq".


K.Həsənovun sözlərinə görə, ötən ilin sonunda Komitə Ədliyyə Nazirliyi ilə birgə texniki məsələlərin həlli istiqamətində tədbirlər görüb: "Artıq Komitə daxili hazırlıq işlərini yekunlaşdırıb. Hazırda Ədliyyə Nazirliyi tərəfindən müvafiq işlər başa çatmaq üzrədir. Yaxın gələcəkdə növbəti onlayn xidmətlərin vətəndaşların istifadəsinə verilməsi ilə bağlı da işlər aparılır".