Bakının inkişaf planı martın sonuna hazır olacaq

Bakının inkişaf planı martın sonuna hazır olacaq

17 Fevral 2014 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Bakının Regional İnkişaf Planının layihəsinin hazırlanması işləri mart ayının sonunadək tamamlanacaq.

Hazırda Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında (2014-2016-cı illər) nəzərdə tutulan tədbirlərin də bu plana uyğunlaşdırılması üzərində iş gedir. Bunu apa-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

C.Qocayev əlavə edib ki, Böyük Bakının Regional İnkişaf Planı ilə bağlı ictimai müzakirələr artıq başa çatıb. Şöbə müdirinin sözlərinə görə, yaxın vaxtlarda Dövlət Komitəsinin sədri Abbas Ələsgərov mətbuat konfransı keçirəcək və planın yekun variantı ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcək.

Qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planı ilə paytaxtın nəqliyyat, yol, tikinti, ekoloji və s. problemlərinin həll edilməsi hədəflənib. 2030-cu ilədək həyata keçiriləcək layihəyə Bakı şəhərinin rayonları, Abşeron rayonunun bir hissəsi və Sumqayıt şəhəri daxildir.