Qazaxıstan milli valyutasını ucuzlaşdırılıb

Qazaxıstan milli valyutasını ucuzlaşdırılıb

11 Fevral 2014 14:03
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan Milli Bankı tengenin rəsmi məzənnəsinin devalvasiyası barədə qərar qəbul edib.

Apa-nın RBC-ya istinadən xəbər verdiyi kimi, nəticədə, tengenin ABŞ dollarına qarşı məzənnəsi 30 tenqe düşüb.

Belə ki, əgər fevralın 11-nə tenqenin dollara qarşı rəsmi məzənnəsi 155 tenge/1 dollar təşkil edirdisə, Qazaxıstan Fond Birjasında aparılan hərraclarda açılış məzənnəsi artıq 186 tengeyə bərabər olub, kommersiya bankları isə dolları ən aşağı 190 tenqeyə satır.

Qeyd edək ki, Qazaxıstan Milli Bankının rəsmiləri əvvəllər bəyan edirdilər ki, rəsmi məzənnənin 145-155 tenge/1 dollar səviyyəsində saxlanması ölkədə makroiqtisadi sabitliyin qorunmasını təmin edir. Hazırkı devalvasiya isə dünya bazarında baş verən dəyişikliklərə və Rusiya rublunun məzənnəsi ilə bağlı müşahidə olunan qeyri-müəyyənliklə izah edilir.