Bakı-Ceyhan kəmərində neft azalıb

Bakı-Ceyhan kəmərində neft azalıb

7 Fevral 2014 11:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin yanvar ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 403 445 ton Azərbaycan nefti nəql olunub.

Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% azdır.Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il fevral ayının 1-ə qədər BTC-yə 237 545 038 ton neft vurulub.Bundan başqa, cari ilin yanvar ayında BTC kəməri ilə 250 462 ton Türkmənistan və 238 399 ton Qazaxıstan nefti nəql olunub.