Milli Məclisin mətbuat mərkəzi müasir avadanlıqlarla təchiz olunub

Milli Məclisin mətbuat mərkəzi müasir avadanlıqlarla təchiz olunub

30 Yanvar 2014 16:13
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisində telefon və noutbuk qadağasından sonra parlament jurnalistləri arasında yaranan narazılıqdan sonra qurumun mətbuat mərkəzi yeni texniki avadanlıqlarla təchiz olunub.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun apa-ya verdiyi məlumata görə, mətbuat mərkəzi yeni 14 kompüterlə təchiz edilib, mərkəzdə əlavə olaraq telefon, faks aparatları, printer və plenar iclası otaqdan izləmək üçün yeni plazma televizorlar yerləşdirilib: "Parlamentin plenar iclasını izləmək üçün jurnalistlərə bütün imkanlar yaradılıb".