Bakı-Naxçıvan aviareysləri yubanır

Bakı-Naxçıvan aviareysləri yubanır

24 Yanvar 2014 16:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Naxçıvan Muxtar Respublikasında müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Bakı-Naxçıvan marşrutu ilə aviareyslərin yerinə yetirilməsində ləngimələr müşahidə olunub. Bu barədə apaya Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Belə ki, Bakıdan saat 08:20-da yerinə yetirilməsi planlaşdırılan ilk aviareys hava şəraiti ilə əlaqədar təxminən 5 saat təxirə salınıb. Nəticədə, saat 13:45-də havaya qalxan təyyarə artıq 14:50-də Naxçıvanda eniş edib.

Qeyd edək ki, eyni səbəbdən bu marşrutla ikinci reys də 13:30-dan 14:45-dək təxirə salınıb və onun da yaxın dəqiqələrdə Naxçıvana çatacağı gözlənilir.

Xatırladaq ki, hər gün Bakıda Naxçıvan istiqamətində 4 aviareys (08:20, 13:30, 18:40 və 23:50) yerinə yetirilir. Təyyarə Naxçıvana təxminən 1 saata çatır və daha 1 saat sonra yenidən Bakıya dönür.

Qeyd edək ki, bu reysin operatoru olan "Azərbaycan Hava Yolları" QSC bu marşrutla reysləri əsasən "Boeing" və "Embraier" təyyarələri ilə yerinə yetirir.