Bakı Fond Birjasına yeni sədr

Bakı Fond Birjasına yeni sədr

21 Yanvar 2014 12:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Fond Birjasının səhmdarlarının Ümumi Yığıncağında İdarə Heyətinin sədri Əmin Muradovun başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib.

Birjadan apa-ya verilən məlumata görə, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Fariz Əzizov BFB-nin İdarə Heyətinin yeni sədri təyin olunub.

F.Əzizov 1978-ci il avqustun 15-də Bakıda anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və audit fakültəsini bitirib. Əmək fəaliyyətinə "Azal Sığorta" sığorta şirkətində başlayıb, 1999-2007-ci illərdə sığorta sahəsində müxtəlif vəzifələrdə, o cümlədən "Atasığorta" ASC-nin İH sədrinin müavini vəzifəsində çalışıb. 2007-2008-ci illərdə Böyük Britaniyada "Lancaster University Business School"da oxuyub və biznesin idarə edilməsi üzrə magistr dərəcəsini alıb. 2009-2011-ci illərdə Milli Depozit Mərkəzinin (MDM) İH sədrinin müavini, 2011-ci ilin aprelindən isə MDM İH-nin sədri vəzifəsində çalışıb. Evlidir, bir övladı var.