Ermənistan “ArmRosQazprom”u Rusiyanın “Qazprom” şirkətinə satır

Ermənistan “ArmRosQazprom”u Rusiyanın “Qazprom” şirkətinə satır

16 Yanvar 2014 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan hökuməti bu gün keçirilən iclasında "ArmRosQazprom" QSC-nin səhmlərinin 20%-nin Rusiyanın "Qazprom" şirkətinə satılması ilə bağlı imzalanmış sazişi təsdiqləyib.

Ermənistan mətbuatının xəbərinə görə, bu alqı-satqı nəticəsində "Qazprom" "ArmRosQazprom"un səhmlərinin 100%-nə sahib olacaq.

Ermənistanın Energetika və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, səhmlər indiyədək yığılıb qalmış 300 mln. dollarlıq borcun 156 mln. dollarının bağlanması üçün satılır. Borcun yarısı isə Rusiya şirkəti tərəfindən silinəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin ötən il dekabrın 2-də İrəvana səfəri zamanı imzalanmış dövlətlərarası saziş 2043-cü ilədək Ermənistana digər şirkətin qaz idxal etməsini qadağan edir.