
Biryulov bazarı açıldı
Bazarın qadağa səbəbindən 90 günlük bağlanma müddəti sona çatıb
Rusiyada əsasən qafqazlıların işlədiyi Biryulov bazarının qadağa səbəbindən 90 günlük bağlanma müddəti sona çatıb. ANS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin hüquqşünası Sergey Xüdyakov bildirib. O, qeyd edib ki, yaxın günlərdə mühasibat işçiləri, kadrlar şöbəsi və daxili işlərin işçiləri işə çıxacaqlar. Bundan sonra şirkət rəhbərliyi bazanın tam olaraq işə başlamasına icazə verib.
Hüquqşünas söz verib ki, "Novıye Çeremuşki"in fəaliyyətin yenilənməsindən sonra problemlərin yaranması üçün qanunları diqqətlə öyrənəcəklər. Bazar bağlı olduğu zaman bazanın işçiləri obyektləri təmir ediblər və profilaktik işlər aparıblar. Hüquqşünas bildirib ki, onlar ancaq məhkəmənin icazə verdiyi işlər görüblər.
Digər xəbərlər