Sahibkarlarımız Hindistanda keçiriləcək beynəlxalq biznes-foruma dəvət olunub

Sahibkarlarımız Hindistanda keçiriləcək beynəlxalq biznes-foruma dəvət olunub

8 Yanvar 2014 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda Asiya-Afrika kənd təsərrüfatı biznes forumu keçiriləcək. Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyindən Apa-ya verilən məlumata görə, biznes forum fevralın 4 - 6-da Hindistanın Nyu-Dehli şəhərində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Biznes-forumda iştirak etmək istəyən yerli iş adamları Hindistanın Azərbaycandakı səfirliyinə müraciət edə bilərlər.