Müjdə: Yeni ildən benzin ucuzlaşdı!

Müjdə: Yeni ildən benzin ucuzlaşdı!

7 Yanvar 2014 13:14
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan Dövlət Neft Şirkəti qiymətləri aşağı saldı

Gürcüstandakı neft şirkətləri daxili bazarda satdıqları benzin və dizel yanacağının qiymətini aşağı salıblar.

Xəbərə görə, "Lukoil Georgia" şirkəti benzinin və dizel yanacağının qiymətlərini 5-10 tetri miqdarında ucuzlaşdırıb. Bununla da "avro requlyar" markalı benzinin 1 litrinin qiyməti əvvəlkindən 5 tetri az - 1,97 lari, "avro super" markalı benzinin 1 litrinin qiyməti 2,22 lari (5 tetri az), "premium avanqard" markalı benzinin dəyəri 2,12 lari (10 tetri az), dizelin 1 litrinin qiyməti isə 2,17 lari (5 tetri az) olub.

"Sun Petroleum Georgia" şirkəti də qiymətləri 5 tetri məbləğində azaldıb. Bu şirkət "avro requlyar" markalı benzini 2,02 lari, dizeli isə 2,04 lariyə satır. Azərbaycan Dövlət Neft Şirkəti də Gürcüstanda satdığı benzin və dizelin qiymətini 5 tetri aşağı salıb.

Qeyd edək ki, 1 lari 0,58 ABŞ dollarıdır. /apa/