Azərbaycanda ana dilində danışan və təhlil edən robot olacaq

Azərbaycanda ana dilində danışan və təhlil edən robot olacaq

12 Dekabr 2013 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın beş ildə Azərbaycanda xüsusi intellektual proqramın hazırlanması nəzərdə tutulub.

Proqramın "Qafqaz" Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə həyata keçirilməsi planlaşdırılıb.Bu layihəyə əsasən, Azərbaycan dilində tam danışan, başa düşən, analiz edən, mütaliə edən intellektual proqram hazırlanacaq. O, daha sonra robota tətbiq olunacaq. Yenilik haqda apa-ya "Qafqaz" Universitetinin İKT Elmi-Tədqiqat Mərkəzinin müdiri Xəyyam Məsiyev danışıb.

Onun sözlərinə görə, bu layihə böyük maliyyə vəsaiti tələb edir: "Biz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa başladıq və onların hədəfində də bu cür layihənin olduğu müəyyən oldu. Artıq ilkin razılaşma əldə olunub. Danışıqlarımız davam edir".