Heydər Əsədov Şəkidə vətəndaşlarla görüşəcək

Heydər Əsədov Şəkidə vətəndaşlarla görüşəcək

11 Dekabr 2013 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Kənd Təsərrüfatı naziri Heydər Əsədov Şəki və ətraf rayonların vətəndaşlarını qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, H.Əsədov dekabrın 20-də saat 11:00-da Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsində (Şəki şəhəri, Oğuz şosesi,15A) Şəki, Oğuz, Qəbələ, Zaqatala, Qax, Balakən rayonunun sakinləri ilə görüşəcək.

Görüşdə iştirak etmək istəyən vətəndaşların qeydiyyatı Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsi (Əlaqə telefonu: 024-24-5-20-22, 050-200-55-63) tərəfindən həyata keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.