
Sərnişindaşıma tarifləri ucuzlaşıb
Bu ilin noyabr ayında əvvəlki ayla müqayisədə Azərbaycanın nəqliyyat sektorunda sərnişindaşıma tarifləri 0,1% ucuzlaşıb, yükdaşıma tarifləri 2,1% bahalaşıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 6,2% ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 1,0% ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 1,3% bahalaşıb.
Ay ərzində dəniz nəqliyyatında sərnişindaşıma tarifləri üzrə 1,5% ucuzlaşma müşahidə edilib. Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi isə 4,0% bahalaşıb.
Avtomobil nəqliyyatında yükdaşıma tarifləri 0,8% ucuzlaşıb.
Apa
Digər xəbərlər