Qərib Məmmədov: «Qanunsuz tikililər, sənədsiz torpaqlar xəritəyə salına bilməz»

Qərib Məmmədov: «Qanunsuz tikililər, sənədsiz torpaqlar xəritəyə salına bilməz»

9 Dekabr 2013 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda qanunsuz tikililər, rəsmiləşdirilməmiş torpaq sahələri xəritəyə salına bilməz.

Apa-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, torpağın mülkiyyət formasından asılı olaraq, onun tabe olduğu qurumun rəsmi sərəncamı olmadan həmin ərazilər xəritəyə salınma bilməz.

"Əgər bu torpaqlar dövlət torpaqlarıdırsa və icarəyə verilirsə, həmin rayonun İcra Hakimiyyətinin başçısı bununla bağlı sərəncam verməlidir. Əgər bələdiyyə torpaqlarıdırsa, həmin ərazinin bələdiyyəsinin sərəncamı olmalıdır. Rəsmi sənədi olmayan heç bir ərazi xəritəyə salınmır", - deyə Komitə sədri bildirib.