İşə işçi tapılmır

İşə işçi tapılmır

5 Aprel 2011 17:15
Bəyəndim (0) Bəyənmədim (0)

Xaosun davam etdiyi Misir, Tunis , Suriya və Liviya kimi ölkələrdəki sərmayələrini itirmək təhlükəsi ilə üz-üzə qalan Türk firmaları pul kisələrinin ağzını açdı. "Təhlükəsiz bölgədə" "dolğun maaş" ifadələri ilə iş elanı verən şirkətlər fəhlə başına 4 min dollarlarını göyə sovurmaqdan belə çəkinmirlər. Yaponiyada nüvə stansiyasında işləyəcək "dəli" fəhlələr axtarıldığı kimi, bu vəziyyətin bir bənzəri də Türkiyədə yaşanır. Vətəndaş müharibəsinin və qarışıqlığın hakim olduğu Yaxın Şərqdə sərmayələrini davam etdirmək istəyən türk sahibkarlar buralarda işləyəcək "gözü qara" işçilər üçün ətək-ətək pul xərcləmək qərarındadırlar. Ən riskli ölkə olaraq qəbul edilən Liviyada adi bir ustaya aylıq 3-4 min dollar arasında maaş təklif edilir. Misirdə bu rəqəm 2500 dollar civarındadır. Şirkətlər ən çox tikinti texniki, tikinti şefi, qəlib ustası, layihə mühəndisi və aşpaz axtarır. Digər tərəfdən də firmalar işçi çətinliyini həll etmək üçün fərqli yollara əl atıblar. Belə ki, maaşı "qiymətə minən" işçi ilə üz-üzə görüşərək danışan şirkət rəhbərləri əks tərəfə işləyəcəkləri yerin etibarlı bir bölgədə olduğunu video və xəritə üzərindən göstərirlər.

Ötən il bu regionlarda adam başına düşən maaş 250 dollar civarında idisə, bu gün bu rəqəm dəfələrlə çoxdur...

O.M.