Neftin qiyməti 150 dollar ola bilər
İran prezidenti yenə maraqlı fikir söyləyib. Neftin qiyməti 150 dollara qədər qalxa bilər.
O neftin qiymətinin iqtisadi səbəblərdən yox siyasi səbəblərdən artacağını söyləyib. Əhməd Nejat bu fikrin səbəbini açıqlamayıb.
OPEC-in ikinci neft ixracçısı olan İran iqtisadiyyatının 80%-ni neft gəlirləri hesabına formalaşdırır.
Neft qiymətlərinin artmasının əsas səbəblərindən biri kimi Yaxın Şərqdəki hadisələr göstərilir.
Qeyd edək ki, dünya bazarında bir barel neftin qiyməti 122.58 dollardır.
O.M.
Digər xəbərlər