Hər il 135 min nəfər çoxalırıq
Azərbaycanda il ərzində doğulanlarla ölənlərin müqayisəsi əsasında 135 min artım qeydə alınır.Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.O qeyd edib ki, ölkədə hər il orta hesabla 165 min doğuş qeydə alınır: "Bunlardan 51 faizi oğlan uşaqları, 49 faizi isə qız uşaqlarıdır. Ona görə də doğuş zamanı qız uşaqlarının sayının azalmasına qarşı müvafiq addımlar da atılacaq".H.Rəcəbli deyib ki, 70 yaşdan yuxarı qadınların sayı çoxalır, kişilərin sayı azalır.
O.M.
Digər xəbərlər