Təhlükəsizlik qapıları metronun bütün stansiyalarında olacaq?

Təhlükəsizlik qapıları metronun bütün stansiyalarında olacaq?

30 İyul 2013 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Metropoliteninin yeni stansiyalarında quraşdırılması nəzərdə tutulan təhlükəsizlik qapıları hazırda mövcud olan stansiyalara da quraşdırıla biler. Bu bardə Gün.Az-a Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə bildirib.Lakin baş mühəndis əvvəlcədən həmin stansiyalarda bu qapılar olmadığından bir qədər çox vəsait tələb etdiyini qeyd edib:"Adətən rekonstruksiya çox baha başa gəlir. Bəzən rekonstruksiya bir stansiya tikmək qiymətində olur".Metropolitenin baş mühəndisi buna baxmayaraq hazırda mövcud olan stansiyalarda da təhlükəsizlik qapılarının quraşdırılmasının nəzərdə tutulduğunu bildirib.Onun sözlərinə görə, bu qapıların quraşdırılması üçün Fransanın "SYSTRA" şirkəti ilə məsləhətləşmə aparılacaq:"Biz həmin şirkətlə məsləhətləşmə aparacağıq. Əgər köhnə xətlərdəki stansiyalarda da təzə stansiyalarda quraşdırılacaq təhlükəsizlik qapılarına oxşar hansısa yüngül konstruksiya qurmaq mümkün olsa, həmin konstruksiyalar quraşdırılacaq".Baş mühəndis bu qapıların təhlükəsizlik baxımından əhəmiyyətini qeyd edərək bildirib ki, mövcud stansiyalarda bu qapıların quraşdırılması ilə hazırda tikilən stansiyalardakı tikinti işlərinin paralel həyata keçirilməsi də mümkündür.