
Qorbaçov Azərbaycanda 250 min hektar üzüm sahəsini məhv edib
90-cı illərin əvvəllərindəki statistik rəqəmlərə nəzər salsanız, görərsiniz ki, üzümlüklərin əsas hissəsi o, zamankı səriştəsiz rəhbərliklər tərəfindən ögey münasibət nəticəsində məhv edilib.Oxumeni.az Apa-ya istinadən xəbər verir ki, bu fikri kənd təsərrüfatı naziri İsmət Abbasov Tovuz rayonuna səfəri zamanı müsahibəsində bildirib.Onun sözlərinə görə, Sovetlər dönəmində, 1982-ci ildə respublikada 267 min hektar sahədə üzüm əkilib və illik orta hesabla 2 milyon 100 min ton məhsul tədarük edilib.Nazir hazırda ölkədə üzüm sahələrinin 17 min hektara düşməsinin səbəbini Mixail Qorbaçovun alkoqolizmlə mübarizə adı altında Azərbaycana düşmən mövqeli münasibəti və 1995-1996-cı illərdə ölkədə yaradılan islahat komissiyası və onun səriştəsiz rəhbərinin fəaliyyəti ilə əlaqələndirib."Bir hektar üzüm sahəsi salmaq 10 min manata başa gəlir. 250 min hektar üzüm sahəsinin məhv edilməsi nəticəsində Azərbaycana nə qədər ziyan dəyib. Əvvəllər 2 milyon 100 min ton məhsul istehsal etdiyimiz halda, hazırda bu rəqəm 150 min tona düşüb".
O.M.