Diqqət: Avqustun 1-dən yalnız gəlirliyi 10%-dək olan bank əmanətləri sığortalanacaq

Diqqət: Avqustun 1-dən yalnız gəlirliyi 10%-dək olan bank əmanətləri sığortalanacaq

25 İyul 2013 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Avqust ayının 1-dən etibarən Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 12%-dən 10%-dək azaldılacaq. Bu barədə Əmanətlərin Sığortalanması Fondunun rəsmi məlumatında deyilir.Məlumatda deyilir ki, banklar tərəfindən cəlb edilən əmanətlərə görə tətbiq edilən faiz dərəcəsinin tənzimlənməsi məqsədi ilə dövrü olaraq faiz dərəcələri Fond tərəfindən təhlil edilir və dinamikadan asılı olaraq dəyişdirilməsi məsələsi Himayəçilik Şurasının müzakirəsinə təqdim edilir.Son bir ildə banklar tərəfindən maksimum faiz dərəcəsindən yüksək faizlə (12%-dən artıq) cəlb edilən əmanətlərdə enmə müşahidə edilib.Fondun Himayəçilik Şurasının iclasında qorunan əmanətlərin maksimum faiz dərəcəsi məsələsi müzakirə edilib və müzakirənin nəticəsi olaraq sığortalanan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%-dən 10%-ə endirilib.Bu dəyişiklik avqustun 1-dək yerləşdirilən əmanətlərə şamil edilmir.

Qeyd edək ki, hər bir sığorta hadisəsinə görə qorunan əmanətə görə ödənilən kompensasiyanın məbləği 30 min manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir - sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.

O.M.