Azərbaycan İsrailin ən çox silah satdığı ölkə oldu

Azərbaycan İsrailin ən çox silah satdığı ölkə oldu

24 İyul 2013 13:10
Bəyəndim (0) Bəyənmədim (0)
Göstəricilər açıqlanıb

İsrail Silah İxracatı və Əməkdaşlıq Departamenti xarici ölkələrə silah satışı ilə bağlı göstəriciləri açıqlayıb.

Lent.az-ın "mignews.com" saytına istinadən verdiyi məlumata görə, Departamentin direktoru Şmay Avieli deyib ki, 2012-ci ildə İsrail xarici ölkələrə 7,47 milyard dollar dəyərində silah və sursat satıb.

Bununla da İsrail dünyada 10 əsas silah ixracatçısı olan ölkələr sırasına düşüb, bəzi silah növlərinin satışı üzrə isə ilk beşlikdə qərarlaşıb. İsrail 2003-cü illə müqayisədə silah ixracını 2 dəfədən çox artırmağa nail olub. Ölkədə istehsal edilən silahların 71 faizi xaricə satılır. İsrail silah bazarının əsas müştəriləri isə Asiya-Sakit okean hövzəsi ölkələridir. İsrail silah satışı ilə bağlı ən böyük müqavilələri Azərbaycan, Hindistan, ABŞ, Kanada, bəzi Afrika və Latın Amerikası ölkələri ilə bağlayıb.

İsrailin silah satışının 49 faizini radar, raket və hava müdafiəsi sistemləri, 10 faizini hərbi dəniz qüvvələri üçün silahlar, qalan hissəsini isə peyk, müşahidə və kəşfiyyat sistemləri, kommunikasiya avadanlıqları təşkil edir. Pilotsuz təyyarələr ixracatda 3 faiz paya malikdir. Hazırda İsrail dünyada ABŞ-dan sonra əsas pilotsuz təyyarə ixracatçısıdır.

O.M.

Şmay Avieli bildirib ki, gələcəkdə Türkiyə və Rusiyanın İsrail silahlarının əsas müştərilərə çevriləcəyinə inanırlar.