Azərbaycanda nə qədər rüşvətxor var?

Azərbaycanda nə qədər rüşvətxor var?

23 İyul 2013 11:42
Bəyəndim (0) Bəyənmədim (0)
Baş Prokrurorluq ölkədə rüşvət alanların statistikasını açıqlayıb

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü ilin birinci yarısında respublikada qeydə alınan korrupsiya cinayətlərinin statistikasını açıqlayıb.Oxumeni.az xəbər verir ki, cari ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən idarənin rəisi K.Əliyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu müddət ərzində 3 237 müraciət daxil olduğunu bildirib.

2013-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Həmin cinayət işlərindən 1 şəxs barəsində 1 iş rüşvət vermə, 25 şəxs barəsində 9 iş rüşvət alma, 12 şəxs barəsində 10 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 1 şəxs barəsində 1 iş vəzifə səlahiyyətlərini aşma, 4 şəxs barəsində 3 iş səhlənkarlıq, 73 şəxs barəsində 32 iş mənimsəmə və israf etmə, 79 şəxs barəsində 39 iş dələduzluq və digər faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 16 milyon 460 min manat ziyandan istintaq müddətində 7 milyon 961 min manat və ya 48,4 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

O.M.