Azərbaycana bu il 48 min avtomobil gətirilib

Azərbaycana bu il 48 min avtomobil gətirilib

15 İyul 2013 14:12
Bəyəndim (0) Bəyənmədim (0)
497 ədəd motorlu nəqliyyat vasitələri idxal olunub

Bu ilin anvar-iyun ayları ərzində Azərbaycana 47 890 ədəd avtomobil idxal olunub. "Apa-Economics"in xəbər verdiyi kimi, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.Hesabata əsasən, təhlil olunan dövr ərzində Azərbaycana 43 186 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 3 708 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 499 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri və 497 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri idxal olunub.

O.M.