AZAL Bakı-Pekin aviareysinin açılmasına hazırlaşır

AZAL Bakı-Pekin aviareysinin açılmasına hazırlaşır

15 İyul 2013 11:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) avqustun 9-dan etibarən Bakı-Pekin-Bakı marşrutu ilə aviareyslərə başlayacaq. "Apa-Economics"in xəbər verdiyi kimi, bu barədə AZAL-ın məlumatında deyilir.

Məlumata əsasən, ilk öncə açılışı may ayında nəzərdə tutulan bu reys, Çin tərəfinin aviaşirkətlər qarşısında qoyduğu yeni tələblərlə əlaqədar, müvəqqəti olaraq təxirə salınıb.Uçuşlar müasir və komfortlu "Airbus A-340" və "Boeing-767" tipli təyyarələrlə, həftədə iki dəfə həyata keçiriləcək: Bakı-Pekin aviareysi II və V günlər, Bakıdan saat 15:15-də, Pekin-Bakı aviareysi isə III və VI günlər, Pekindən saat 05:45-də yerinə yetiriləcək.Bakı-Pekin-Bakı istiqamətində "ekonom" sinifli aviabiletlərin minimal qiyməti 473 avro təşkil edir (yığımlar və rüsumlar daxildir).Həmçinin, AZAL Çinin tərəfdaş aviaşirkətləri ilə birgə, öz sərnişinlərinə Pekindən Çinin digər şəhərlərinə (Quanjou, Şanxay, Şenjen, Xanjou, Jenqjou, Ksian (Sian), Çenqdu və s.), eləcə də Şərqi və Cənub-Şərqi Asiya ölkələrinin hava limanlarına uçuşlar üçün xüsusi tariflər təqdim edəcək.

O.M.