
"Eurovision-2013" Malmö şəhərini varlandırıb
İsveçin turizm təşkilatlarının hesablamalarına görə, "Eurovision-2013" mahnı müsabiqəsi Malmö şəhərinə 1,1 milyard İsveç kronu (132 milyon avro) məbləğində reklam gəliri gətirib. İsveçin turizm təşkilatları Avropanın sevimli televiziya şousuna ev sahibliyi edilməsindən əldə olunan birbaşa əlavə gəlirin məbləğinin 185 milyon İsveç kronu (22 milyon avro) olduğunu hesablayıblar.Müsabiqənin davam etdiyi günlərdə Malmö şəhərinə 48100 turist, həmçinin 1700 jurnalist gəlib.
O.M.
Digər xəbərlər